"Qarabağ"ın qələbəsinə sosial şəbəkədə ermənilərin reaksiyaları - FOTO

"Bir az əvvəl tarix yazan "Qarabağ" futbol klubumuzun baş məşqçisi, əziz qardaşım Qurban Qurbanovla danışdım və həm öz adımdan, həm də insanlarımız adından onu təbrik etdim". "Yeniavaz" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bildirib. Deputat qeyd edib ki, Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir: "Özünün biliyi, bacarığını oyunculara öyrətmək, klubun inkişafına təkan verməklə yanaşı, mənəvi-əxlaqi keyfiyyətləri ilə də bütün oyunçular üçün ən gözəl örnəkdir. Bir az əvvəl özünə də dediyim kimi dünən axşam bütün azərbaycanlılar duaları ilə onların yanında idi və hər zaman da olacaq. "Qarabağ" öz ətrafında bütün azərbaycanlıları birləşdirən bir klubdur.

Bir az əvvəl klubun prezidenti Tahir Gözəlllə danışıb, onu və bütün klubu təbrik edərkən də söylədim ki "Qarabağ"ın qələbəsi bütün Azərbaycanın, azərbaycanlıların qələbəsidir və komandanın rəhbərliyinə də təşəkkürümü bildirdim. "Qarabağ" dünən axşam tarixi bir mərhələni adladı və ən güclü klubların yarışacağı mərhələyə daxil oldu. "Qarabağ" ölkəmizin təbliğatı baxımından da misilsiz işlər görür. "Qarabağ" klubunun rəhbərləri Abdulbari Gözəli, Tahir Gözəli, Baş məşqçi Qurban Qurbanovu, bütün oyunçuları və komandaya əziyyət çəkən hər kəsi, klubu xüsusi diqqətdə saxlayan cənab Prezidenti və klubun azarkeşləri olan bütün azərbaycanlıları təbrik edirəm! Eyni zamanda "Qarabağ" futbol klubunun yaradılmasında, bu günə qədər inkişafında əməyi ola hər kəsi təbrik edirəm. Bundan sonra "Qarabağ"ın yanında daha da çox olmalıyıq. Ümid edirəm ki, Qurban müəllimin açıqladığı məsələ - kluba bir neçə əlavə yaxşı oyunçunun cəlb edilməsi də öz həllini tapacaq və komanda növbəti mərhələdə uğurları ilə yenə də hamımızı sevindrəcək".

Millət vəkili Aydın Mirzəzadə isə başqa bir məqama diqqət çəkib: "Qarabağ" futbol klubunun səfərdə böyük qələbəsinin eyni zamanda siyasi qələbə olduğu barədə də fikirlər səsləndilir. Bu gün məşhur internet ensiklopediyası olan vikipediyada "Qarabağ" sözünə axtarışların statitikası ilə tanış oldum. 22 avqust tarixində vikipediyanın ingilis dilli səhifəsində "Qarabağ" futbol klubu səhifəsini 1591, 23 avqustda 20474 nəfər oxuyub.

22 avqustda vikipediyanın fransız dilli səhifəsində "Qarabağ" futbol klubu səhifəsini 131, 23 avqustda isə 1600 nəfər oxuyub. 22 avqustda vikipediyanın rus dilli səhifəsində "Qarabağ" futbol klubu səhifəsini 711, 23 avqustda isə 4725 nəfər oxuyub. İndi isə əsas mövu ilə bağlı vikipediyanın göstərdiyi statistika. 22 avqust tarixində vikipediyanın ingilis dilli səhifəsində "Qarabağ" məqaləsini 90, 23 avqustda 330 nəfər oxuyub. 22 avqust tarixində vikipediyanın rus dilli səhifəsində "Qarabağ" məqaləsini 196, 23 avqustda 867 nəfər oxuyub. Həmin məqalələrin bu gün oxunması stastitikası isə sabah məlum olacaq".

Deputat "Qarabağ"ın qələbəsinə sosial şəbəkənin erməni istifadəçilərinin reaksiyasını əks etdirən fotonu da paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top