Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb.

Aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb. Sayt hadisə ilə bağlı aktyorla əlaqə saxlamağa çalışıb. Elxanın telefonuna cavab verən qardaşı Toğrul xəbəri təsdiqləyib:

“4 gün əvvəl qardaşımın başına iş gəlib. O, Sumqayıtda, küçədə kütləvi dava edən insanları ayırmaq istəyib. Əvəzində vurub onun da çənəsini sındırıblar. Dostu dərhal xəstəxanaya çatdırıb. Həkimlər təcili əməliyyat etdilər. 3 saatlıq əməliyyat çox ağır keçdi. Narkozdan çox gec ayıldı. İndi özünü nisbətən yaxşı hiss edir”.

Toğrulun sözlərinə görə, həkimlər Elxana bir müddət danışmağı qadağan edib:

“Elxan hərəkət edir, amma bir müddət danışa bilməz. Həkimlər deyir ki, hələ özünü gözləməlidir. Şükür, hər şey yaxşı qurtarıb”.

Onu da öyrəndik ki, baş verən hadisəyə görə aktyor ona xəsarət yetirən insanı polisə verməyib:

“Əslində, bu hadisənin qardaşıma aidiyyatı yox idi, sadəcə olaraq, kimlərəsə kömək etmək istəyib. Arada özü xəsarət alıb”.yenicag.az

DİGƏR XƏBƏRLƏR

Top