Bu ölkə Qətərin səfirliyini bağladı

Çad hakimiyyəti Qətərin ölkədəki səfirliyinin bağlandığını açıqlayıb, səfirliyin diplomatlarına isə ölkə ərazisini 10 gün ərzində tərk etmək tapşırılıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Çadın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. XİN-in məlumatında bildirilir ki, bu qərar Qətərin qonşu Liviya vasitəsilə ölkədə vəziyyəti gərginləşdirmək cəhdləri ilə bağlıdır. Bundan başqa, Çad Qətərin paytaxtı Dohadakı öz diplomatik nümayəndəliyini bağlayacaq və oradakı bütün personalı çıxaracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir iyunun 5-də Qətərlə duplomatik münasibətləri kəsərək bu ölkə ilə bütün nəqliyyat əlaqələrini dayandırıb. Qətər terrorçuluğu dəstəkləməkdə və həmin ölkələrin daxili işlərinə qarışmaqda ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top