Aşıq Ulduz torpağını zəbt edən qonşusunu məhkəməyə verdi - VİDEO

"Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsində yaşayan sakinlərin aşıq Ulduzun onların yaşadığı binanın həyətyanı sahəsində yerləşən yaşıllığı məhv etməsiylə bağlı dedikləri tamamilə əsassızdır". Bu fikirləri aşıq Ulduzun sözügedən məsələylə bağlı hüquqi nümayəndəsi, vəkil Tahir Əlirzayev söyləyib. T.Əlirzayevin sözlərinə görə aşıq Ulduz sözügedən ərazinin qanuni sahibidir: "Sizə göndərdiyim rəsmi sənədlərdə hər şey öz əksini tapıb və məncə artıq şərh verməyə ehtiyac yoxdur. Həmin şəxslər o ərazini qanunsuz olaraq zəbt ediblər. Artıq Əliyev İsmayıl Nurulla oğlu, Əliyeva Leyla Mətləb qızı, Əliyeva Bahar İsmayıl qızı, Əliyev Samit İsmayıl oğlu barədə Binəqədi Rayon Məhkəməsinə rəsmi qaydada müraciət edilib".

Aşıq Ulduzun qızı Sədaqət Ulduz isə əməkdaşımızla söhbətində bildirib ki, sözügedən şəxslər ərazini qanunsuz olaraq zəbt ediblər və yerin əsl sahibinin ortaya çıxdığını görüncə qəzəbləniblər:"Qardaşım Fuadın ora getməyinə icazə vermirlər. Fuadın üstünə cumurlar. Halbuki Fuad onlara güldən ağır söz deməyib. Özəl torpağımıza ayağını basmağa qoymurlar. Orada dövlət əkdiyi ağaclar deyil. Həmin şəxs yerimizə balaca nar kolları əkib ki, səhəri gün belə bir problem yaratsın. Həyat yoldaşı da analoqu olmayan həyasızdır. Fuad deyir ki, hələ mən kişilərdən elə söyüş eşitməmişdim. Bu ailə öz balkonlarının qarşısını qanunsuz olaraq artırıb, qapı qoyub. Bir ailə bütün qonşuları ayağa qaldırır. Əlimizdə lazım olan bütün sənədlər olduğu halda yerimizə yaxın durmağımıza imkan vermirlər. Təsəvvür edin ki, bu adam iyun ayında bir ucdan ağac əkir ki, bizə problem yaratsın. Biz də onları məhkəməyə vermişik. Özü qanunsuz olaraq həyətdəki torpağı zəbt edib və üstəlik bizim də torpağa gözünü dikib".

Sədaqət Ulduz bildirib ki, həmin 1.5 sotluq ərazi istirahət üçün yararsızdır: "Ora istirahət üçün yararlı yer deyil. Avtomobil yolunun düz qırağıdır və binalardan xeyli aralıdır. Səs-küy qaldırıblar ki, guya camaat narazılıq edir. Tamamilə əsassızdır. Cəmi 1.5 sot yerdir və camaatın orayla heç bir əlaqəsi yoxdur. Sadəcə bu kişinin orda gözü var. Yerin də əsl sahibi üzə çıxdığına görə, indi əl-ayağa düşüb".Olke.az

Ulduz məhkəmə

DİGƏR XƏBƏRLƏR

Top