İranda “Twittter” və “Youtube” yenidən açıla bilər

İran hakimiyyəti bir neçə ildir ölkə ərazisində qadağan olunmuş “Twittter”in açılma ehtimalını müzakirə edir. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, İranın informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi bildirib ki, “Twittter” rəhbərliy fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə İran hökuməti ilə danışıqlar aparmağa hazırdır. Nazirin fikrincə, “Twittter” İran cəmiyyəti üçün təhdid törətmir. Bundan başqa, Tehranda “Youtube” videohostinqinin istifadəsinə qoyulmuş qadağanın ləğv edilməsini istisna etmirlər. Qeyd edək ki, qadağaya baxmayaraq, “Twittter” iranlı siyasi xadimlər arasında geniş yayılıb. Belə ki, İran Prezidenti Həsən Ruhaninin, ayətulla Əli Xameneinin bu sosial şəbəkədə akkauntları var.

DİGƏR XƏBƏRLƏR

Top