Suriyalılar vətənə geri dönür - FOTOLAR

Qurban bayramını öz ölkəsində qeyd etmək istəyən minlərlə suriyalı Türkiyədən Suriya ərazisinə keçir.

"Yeniavaz.com" Türkiyə KİV-nə istinadən xəbər verir ki, onların öz ölkələrinə gedişi müvəqqətidir və bayramdan sonra təhlükəsizliklərini qorumaq üçün yenidən geri qayıtmalı olacaqlar. "Fırat Qalxanı Hərəkatı" nəticəsində Suriyanın barış, hüzur hökm sürən, təhlükəsiz şərait yaradılan bölgələrinə qayıdan suriyalılar vətən həsrətlərinə bir neçə günlük də olsa son qoymaq istəyirlər. Qurban bayramını öz ölkəsində keçirmək üçün Türkiyənin müvafiq qurumlarından icazə alan 44 min 322 suriyalının 18 minə yaxını Suriyaya keçərkən sərhəddə sıxlıq yaşanıb. Onlar öz ölkələrinə 7 nəzarət məntəqəsindən keçməklə gedirlər. Sərhəddə qurulan həkim nəzarət məntəqələrində 15 yaşadək uşaqlar xəstəliklərə qarşı peyvənd də edilirlər. Keçid zamanı özünü narahat hiss edən, halı pisləşən vətəndaşlara həkimlər tərəfindən köməklik göstərilir.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top