Çörək bişirmək üçün aldığı un kisəsindən görün nə çıxdı - VİDEO

Cəlilabad rayon sakini Hafiz Quliyev ötən gün rayondakı mağazalardan birindən 10 kq-lıq un alıb. H.Quliyev evdə un kisəsini açdığı zaman unun içində müxtəlif həşərat və qurdlar olduğunu görüb. Un kisəsinin üzərində məhsulun istehsal tarixi və saxlanma müddəti göstərilməyib. Hafiz Quliyev bu barədə unu aldığı mağaza sahibinə müraciət etdikdə isə ona gülməli cavab veriblər.

Məsələ ilə bağlı biz də unun satıldığı mağazada olduq. Mağazanın işçiləri bu dəfə unu istehsal edən şirkətlə əlaqə saxladılar. Həmin şirkət isə ittihamla razılaşmadı. Bildirdilər ki, unun içindən qurd çıxa bilməz.

Ekspertlər bildirir ki, belə vəziyyətlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməlidir. Unun içindən qurdların çıxması faktı təsdiqlənərsə, istehsalçı şirkəti 1500 manata qədər cərimə gözləyir.Xezerxeber

un kisəsi

DİGƏR XƏBƏRLƏR

Top