Evsiz-eşiksiz kişi ev dustaqlığına məhkum olundu

Rusiyanın Saratov vilayətinin məhkəməsi 38 yaşlı, heç bir yerdə qeydiyyatda olmayan (“bomj”) kişini ev dustaqlığına məhkum edib. Cinayət işinin başlanmasına səbəb 44 yaşlı qadının polisə müraciəti olub. Şikayətçinin sözlərinə görə, yanvar ayında alqı-satqı müqaviləsi imzalanarkən naməlum şəxs onun pullarını götürərək aradan çıxıb. Müəyyən müddətdən sonra polis əməkdaşları şübhəli şəxsi müəyyən edib saxlayıblar. O, evsiz-eşiksiz, başqa sözlə, “bomj” imiş. “Bomj”un ev dustaqlığını harada çəkəcəyi barədə məlumat verilmir. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top