ABŞ-dan Rusiyaya viza məhdudiyyəti

ABŞ avqustun 23-dən etibarən Rusiyanın bütün ərazisi üzrə qeyri-miqrasiya vizalarının verilməsini dayandırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Moskvadakı səfirliyindən bildiriblər. Səfirliyin məlumatında deyilir: “Rusiyanın ABŞ-ın bu ölkədəki diplomatik missiyalarının əməkdaşlarının sayının məhdudlaşdırılması üzrə qəbul etdiyi tədbirlərlə əlaqədar 23 avqust 2017-ci il tarixindən etibarən Rusiyanın bütün ərazisi üzrə qeyri-miqrasiya vizalarının verilməsi proseduru dayandırılacaq”. O da qeyd edilir ki, prosedur yalnız Moskvada sentyabrın əvvəlindən etibarən bərpa ediləcək: “Konsulluqlarda qeyri-miqrasiya vizalarının verilməsi qeyri-müəyyən müddətə dayandırılır. Amerikalı diplomatların sayı artırılmayanadək məhdudiyyətlər qüvvədə qalacaq”.

Xatırladaq ki, iyulda Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın ölkədəki diplomatik missiya əməkdaşlarının sayını 455-ədək azaldılacağnı bildirmişdi. Bu rəqəm Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərin əməkdaşlarının sayına bərabərdir. Bununla da ABŞ səfirliyinin 755 əməkdaşı işini dayandırmış oldu.

DİGƏR XƏBƏRLƏR

Top