Azərbaycanda yenilik - məktəblər tikilmir, quraşdırılır FOTO

Təhsil Nazirliyi tərəfindən Salyanın Xocalı və Cəngan kənd ibtidai məktəbləri üçün modul tipli yeni binalar quraşdırılır.

Rayon Təhsil Şöbəsindən bildiriblər ki, məktəb binalarının hər biri 20 şagird yerlikdir. Nazirliyin təsərrüfat hesablı tikinti idarəsi tərəfindən quraşdırılan məktəb binalarında artıq işlərin 50 faizi görülüb. Təhsil müəssisələrində şagirdlərin normal bilik qazanmaları üçün hər cür şərait yaradılacaq. Məktəb binalarının tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.Azertac

DİGƏR XƏBƏRLƏR

Top