İstanbulun Bayrampaşa rayonunun Maltəpə məhəlləsində Dokumacılar sənaye bölgəsində qapı həncaməsi istehsal edən müəssisədə partlayış baş verib. Türkiyə KİV xəbər verir ki, partlayışdan sonra meydana gələn yanğın nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Yanğın zamanı yaranmış tüstü səbəbindən çoxlu sayda insan çıxılmaz vəziyyətdə qalıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşını cəlb edilib.Report