PKK terror təşkilatının Suriya qolu PYD-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDP) tərkibində yeni hərbi qrup yaradılıb.
"Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, "İnqilabçı Qüvvələr" adlı qrup Suriyanın Şehba bölgəsində qurulub. Qrupun komandirlərindən biri olan Hesam Hidro deyib ki, məqsəd bölgədə təhlükəsizlik və sabitliyi qorumaqdır. O, Türkiyəni də təhdid edərək Suriyadan "Osmanlı koloniyaçıları" qovmaq vədini verib: "Bu gün kürd, ərəb, türkmən, müxtəlif etnik əsilli gənc, azad suriyalılardan ibarət yeni gücün qurulduğunu elan edirik".
Tətbiqimizi yükləyə bilərsiniz