Bu dəfə bıçaqlı hücum Rusiyada: 8 nəfər yaralandı

Rusiyanın Surqut şəhərində naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident nəticəsində səkkiz nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gələrək atəş açıblar. Hücum edən şəxs öldürülüb. Səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Qətlə cəhd maddəsi üzrə cinayət işi qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top