Atasına heykəl qoyduğu deyilən deputatdan - Açıqlama

“Bu mövzu barədə çox danışmaq istəmirəm. Amma o büstdür, heykəl deyil. Atam Sovet Sosialist əməyi qəhrəmanı, deputat olub, 4 dəfə “Lenin” ordeninə layiq görülüb”. Bu sözləri millət vəkili Rüstəm Xəlilov deyib. Sabirabad rayonundan deputat seçilən R. Xəlilov atasına heykəl qordurmağı barədə yayılan xəbərlərə münasibət bildirib: “Ulu öndər dəfələrlə bizim kənddə olub. Büst Sovet vaxtı qoyulub və bu həmin dövrün tələbi olub. Hətta Sovet dövründə kolxoza atamın adı verilib”.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top