Türkiyədə qadınların 7,5 saatdan artıq çalışması qadağan edildi

Türkiyədə qadın işçiləri gecə növbəsində 7,5 saatdan artıq işlətməyə daha icazə verilmir. "Yeniavaz.com"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu saat məhdudiyyətini Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi qoyub. Nazirlik bununla bağlı müvafiq qanuna dəyişiklik edib. Digər dəyişikliyə əsasən, turizm, xüsusi təhlükəsizlik və tibbi xidmətlərin göstərildiyi iş yerlərində qadının yazılı icazəsi ilə onun gecə növbəsində iş saatı 7,5 saatdan çox artıra bilər.

DİGƏR XƏBƏRLƏR

Top