Rusiyada erməninin rəhbərlik etdiyi telekanal bağlandı

Rusiyanın "Life" televiziya kanalı şənbə günü tamaşaçılarına müraciət edərək bundan sonra layihənin xəbərlərinə özünün sosial şəbəkələrində və "life.ru" saytında baxmağı rica edib.

"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, layihənin daxil olduğu "News Media" holdinqindəki mənbə bildirib ki, avqustun 18-i "Life" telekanalının son iş günü olacaq. Mənbə qeyd edib ki, telekanalın 90 əməkdaşı ixtisara düşəcək, daha 90 işçi isə striminq yayım üzərində çalışacaq.

Xatırladaq ki, "Life" telekanalının daxil olduğu "News Media" holdinqinin baş direktoru erməni Aram Qabrielyanovdur.

DİGƏR XƏBƏRLƏR

Top