“Faytonçu” Nazimin ölüm xəbəri yayıldı

Müğənni Vüqar Muradov 2 saat əvvəl sosial şəbəkədə “Faytonçu” Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayıb.

Oxu.Az-ın əməkdaşı V.Muradovun prodüseri ilə əlaqə saxlayıb. O, bu məlumatın Nazim Pişyarinin yaxın dostu Ələkbər Şahmuradovun səhifəsindən götürüldüyünü bildirdi. Bu haqda dəqiq məlumatı olmadığını söylədi. Müğənni zəngimizdən sonra isə məlumatı səhifəsindən sildi.

Daha sonra N.Pişyarinin yaxınları və dostları ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

DİGƏR XƏBƏRLƏR

Top