“Ərdoğan Almaniyanın suverenliyinə daha əvvəl misli görünməmiş müdaxilə edib”

“Ölkəmizin suverenliyinə daha əvvəl misli görünməmiş müdaxilə edilib”.

“Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyada yaşayan türklərə etdiyi çağırışını şərh edərkən deyib. Onun sözlərinə görə, R. T. Ərdoğanın Almaniyanın seçki kampaniyasına müdaxiləsi buradakı insanları bir-birinə qarşı təhrik etmək istədiyini göstərir. Xatırladaq ki, R.T. Ərdoğan daha əvvəl bildirmişdi ki, Almaniyada hazırda Türkiyəyə qarşı çıxmaqla seçkilərdə daha çox səs qazanmaq barədə düşünürlər: “Almaniyada yaşayan bütün soydaşlarıma səslənirəm, yanılaraq bunları dəstəkləməyin. Nə Xristian Demokrat, nə Yaşıllar, nə də Sosial Demokrat Partiyasını dəstəkləməyin, bunların hamısı Türkiyəyə düşmənçilik edirlər. Türkiyəyə düşmən olmayan partiyalara səs verin. Çünki bu artıq Almaniyada yaşayan vətəndaşlarımızın qürur məsələsidir. Demokratik haqlarından istifadə edib bu mübarizəni aparmalarını istəyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top