Avstraliyalı qız Avropada 3 terror aktını öz gözləri ilə görüb

Barselonada törədilmiş terror aktında sağ qalan avstraliyalı qız bunadək London və Parisdəki terror hücumlarına da şahid olub. "Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, Melburndan olan 26 yaşlı Culiya Monako avqustun 17-də Barselonadakı Rambla küçəsində furqonun insanların üzərinə sürülməsindən bir az əvvəl mağazaya daxil olub. Sonradan Avstraliya radiostansiyalarından birinə bildirib ki, bu onun Avropada şahid olduğu sayca üçüncü terror aktıdır. C. Monako 2017-ci ilin iyununda Londondakı Boro-market bazarının müştərilərinə edilən hücumun baş verdiyini yerin düz yaxınlığında olub. Bir neçə gündən sonra isə o, rəfiqəsi ilə birlikdə Parisə getmək qərarına gəlib. Bu dəfə isə Parisdə İŞİD silahlısı onların gözü qabağında bıçaqla polisə hücum edib.

DİGƏR XƏBƏRLƏR

Top