Afrikanın ən varlı adamı "Arsenal"ı alaraq Vengeri qovmaq istəyir

Afrikanın ən varlı adamı Ariko Danqote "Arsenal" futbol klubunu almaq niyyətində olduğunu bildirib. "Yeniavaz.com"un "Sports.ru" saytına istinadən verdiyi məlumata görə, Nigeriyadan olan biznesmen Laqosda neft hasilatı ilə məşğul olur. "Forbes" jurnalı 60 yaşlı biznesmenin sərvətini 13 milyard dollar məbləğində qiymətləndirir. A. Danqote klubu alacağı təqdirdə ilk işinin baş məşqçi Arsen Vengeri qovmaq olacağını bildirib: "Axı, başqa biri də bəxtini sınamalıdır". O, neft emalı zavodu ilə işi bitirdikdən sonra "Arsenal"ı almağı düşünür

DİGƏR XƏBƏRLƏR

Top