Avropa İttifaqı Türkiyəyə maliyyə yardımını azaldacaq

Almaniya Türkiyə üzərində iqtisadi təzyiqini artırmağa çalışır. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, rəsmi Berlinin səyləri nəticəsində Avropa İttifaqı (Aİ) payızda Türkiyəyə maliyyə yardımını bir neçə milyon avro azaltmağı planlaşdırır. Maliyyə yardımını azaltmaq planı Türkiyə-Almaniya əlaqələrində gərginliyin artması fonunda baş verir. Aİ daha əvvəl 2014-2020-ci illərdə Türkiyəyə 14 milyard 850 milyon avro ayırmağı planlaşdırmışdı. Lakin Aİ baş vermiş son hadisələrdən sonra yeni bir qiymətləndirmə apararaq ayrılacaq vəsaiti azaltmaq üçün payızda iclas keçirəcək. Sentyabr, yaxud oktyabrda keçirilməsi planlaşdırılan iclasda yardımın bir neçə yüz milyon avro azaldılması barədə qərar qəbul ediləcəyi gözlənilir. Yekun qərarı qiymətləndirmə aparacaq Aİ Komissiyası verəcək.

DİGƏR XƏBƏRLƏR

Top