Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək

Səudiyyə Ərəbistanının ağır atletika üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək. Federasiyadan "Yeniavaz.com"a verilən məlumata görə, məqsəd qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. 16 nəfərlik heyət milli komandamızın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq. Qonaq atletlər ölkəmizdə avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər. Bu toplanış milli komandalarımızın üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top