Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi imzalamağı planlaşdırır

Türkiyə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə gömrük sazişi imzalamaq niyyətindədir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi 86-cı Beynəlxalq İzmir Yarmarkasında deyib. O bildirib: “Təklif edirik ki, Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişinin imzalanması haqqında danışıqlara başlasın. Bu zaman Avropa İttifaqı ilə müvafiq saziş pozulmayacaq. Türkiyə Aİİ ilə digər əməkdaşlıq da qurmaq istəyir”. Nazir qeyd edib ki, ötən il Rusiya və Türkiyə arasında əmtəə dövriyyəsi 30 faiz artıb və bu hələ başlanğıcdır: “Əməkdaşlığın bir çox sahəsi var – neft kimyası, kənd təsərrüfatı və digərləri. İki ölkə arasında azad ticarət zonası haqqında saziş tərəfdaşlığı yeni səviyyəyə çıxaracaq. Bu saziş sərmayələri də əhatə edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top