Ərdoğan Azərbaycana səfərə gəlir​

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiyə mətbuatı xəbər verir ki, səfər sentyabrın 10-11-də baş tutacaq. Məlumata görə, dövlət başçısının gələn ay xarici ölkələrə edəcəyi səfərlərin tarixi açıqlanıb. Türkiyə lideri avqustun 21-də İordaniyaya, sentyabrın 8-10-da Qazaxıstana, sentyabrın 10-11-də isə Azərbaycana səfər edəcək. Sentyabrın 19-dan 25-dək isə R.T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkada olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top