Barselonadakı terror hücumun icraçısı 17 yaşlı Musa ola bilər

İspaniya hüquq mühafizə orqanları avqustun 17-də Barselonada terror aktında əlaqəsi olmaqda şübhəli bilinən Musa Ukabiranın axtarışını aparır.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, polis onun terror aktının icraçısı olmasını istisna etmir. İlkin məlumata görə, 17 yaşlı M. Ukabir böyük qardaşı Drissin sənədlərini oğurlayaraq iki furqonu icarəyə götürüb. Nəqliyyat vasitələrindən biri sonradan terror aktını törətmək məqsədilə istifadə olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, Barselonadakı hücumdan sonra qaçıb gizlənmiş M. Ukabir silahlı ola bilər. Xatırladaq ki, avqustun 17-də Barselonanın turizm mərkəzində furqonun sürücüsü yoldan keçənlərin üzərinə sürüb. Hücum nəticəsində 13 nəfər həlak olub, 100-dən artıq adam isə xəsarət alıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top