Ad günü sürprizi - UŞAĞIN QOLU BU HALA DÜŞDÜ - FOTOLAR

Son vaxtlar tatuaj (şəkil və yazıların döymə üsulu ilə bədənə həkk olunması) dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da dəbə minib. Hətta bəzi gözəllik salonlarında uşaqlara da belə müvəqqəti döymələr edilir. Ad günləri və özəl günlərdə edilən belə bəzəmələr uşaqları müxtəlif nağıl qəhrəmanlarına oxşadır, bu isə onların xoşuna gəlir. Lakin valideynlərin ad günlərində uşaqlarına etdiyi bu sürprizlər heç də həmişə müsbət sonluqla nəticələnmir, allergik reaksiyalar, bədəndə yaraların əmələ gəlməsi ilə də nəticələnə bilir. "Yeniavaz.com" xarici KİV-ə istinadən xəbər verir ki, belə hadisələrdən biri dünya mətbuatının gündəminə çevrilib. Belə xəbərlərin yayılmasında isə məqsəd heç şübhəsiz ki, valideynləri xəbərdar etmək, onları tatuajların verə biləcəyi ziyan barədə bilgiləndirməkdir.

Belə ki, ailəsi ilə birlikdə Misirə tətilə gedən 5 yaşlı qızcığaz qaldıqları otelin gözəllik salonunda bədəninə vurulan döymədən sonra xəstələnib. Müvəqqəti xına döyməsi onun barmağından dirsəyinə qədər olan hissəni əhatə edib. Lakin döymədən qısa müddət sonra uşaqda qaşınma başlayıb. Daha sonra bu qaşınma kəskin göynəmə ilə müşahidə olunan sulu yaraya çevrilib. Həkimlərin sözlərinə görə, M. Gulliver adlı qızcığazın bu hala düşməsinin səbəbi döymənin rənginin daha tünd olması üçün istifadə edilən kimyəvi maddədir. Bu maddə xüsusən uşaqların bədənində istifadə edildikdə orqanizmdə allergik reaksiyaya səbəb olur.

Həkimlər belə döymələrin uşaqlarda ağır fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top