Bakıda mənzillər ucuzlaşdı

Bu ilin iyul ayında həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə olunub. Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə azalma ay ərzində 4,29 faiz təşkil edib. İl ərzində isə azalma 2,55 faiz olub. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 4,94 faiz azalma olsa da, il ərzində 16,46 faiz artım müşahidə olunub. Ekspert vurğulayıb ki, ucuzlaşma yay mövsümü ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, sentyabrdan başlayaraq bazarda canlanma və qiymət artımı gözlənilir.Trend

DİGƏR XƏBƏRLƏR

Top