Ən populyar smartfonların adları açıqlandı SİYAHI

“iPhone 7” və “7 Plus” 2017-ci ilin ikinci rübündə dünyanın ən populyar smartfonu olub. Bu barədə “Strategy Analytics”in apardığı tədqiqatın nəticələrində bildirilir.

Ekspertlər hesab edirlər ki, aprel ayından iyula qədər 16,9 milyon “iPhone 7” və 15,1 milyon “7 Plus” smartfonu satışa çıxarılıb. Qeyd edilir ki, “iPhone 7” “Apple” smartfonları arasında ən populyardır.

“iPhone”dan sonra “Samsung Galaxy S8” və “S8+“” smartfonları gəlir - müvafiq olaraq 10,2 milyon və 9 milyon tirajla. İlk beşliyi isə 5,5 milyon göstərici ilə “Xiaomi Redmi 4A” bağlayır. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top