Zaxarova: Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayırlar

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün hazırlanması üzərində çalışırlar. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, hazırda həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə növbəti sammitin hazırlığı üzərində çalışırlar: "Onlar bu məqsədlə iyulda Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıqlar aparıblar. M. Zaxarova qeyd edib ki, sentyabrın ikinci yarısında Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində konsultasiyalar davam etdiriləcək, onların nəticələri üzrə müvafiq bəyanat veriləcək: "Vəziyyəti sabitləşdirmək, nizamlamaya nail olmağa yönəlmiş danışıqlar prosesini davam etdirmək məqsədilə şərait yaratmaq üçün tərəfimizdən hər şey edilir".

DİGƏR XƏBƏRLƏR

Top