Naxçıvanda qoyunların sayı rekord səviyyəyə çatıb

Naxçıvan Muxtar Respublikasında qoyun və keçilərin sayı rekord səviyyəyə çatıb. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat muxtar respublikanın Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, muxtar respublikada 672 min 14 baş qoyun və keçi mövcuddur. Respublikada qoyun və keçilərin sayı 1994-vcü ildən sonra davamlı olaraq artmaqdadır. 1992 və 1994-cü illər istisna olmaqla son 26 il ərzində qoyun və keçilərin sayı heç vaxt azalmayıb. Müstəqillik əldə etdiyimiz 1991-ci illə müqayisədə muxtar respublikada qoyun və keçilərin sayı 2,7 dəfə artıb.

Qeyd edək ki, qoyun və keçilərlə bərabər iri buynuzlu mal-qaranın və quşların da sayı rekord səviyyəyə yüksəlib. Son 26 il ərzində iri buynuzlu mal-qaranın sayı 1,8 dəfə artaraq 110 min 806 başa, quşların sayı isə 3,7 dəfə artaraq 1 milyon 256 min başa yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top