Yerdə maqnit qasırğası baş verir

Günəşin səthində yaranmış tac dəliyi səbəbindən hərəkət edən Günəş küləyi Yerə doğru istiqamət alıb. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyasının eksperti Anatoli Belov deyib. Onun sözlərinə görə, Günəş küləyi maqnit qasırğası yaradıb: "O, planetlərarası hiddətə və Yerdə kiçik maqnit qasırğasına gətirib çıxarıb". Ekspert bildirib ki, bu təzahür səkkiz saat ərzində özünü göstərəcək və sonradan geomaqnit şərait sakitləşəcək: "Maqnit qasırğası doqquz mümkün baldan dörd balla qiymətləndirilir. Maqnit qasırğaları Yerə qütb şölələri şəklində təsir edir. Bu zaman xroniki xəstəliklərdən əziyyət çəkən insanların səhhəti pisləşir, cihazların işində nasazlıqlar yaranır".

DİGƏR XƏBƏRLƏR

Top