Azərbaycanın əsas neft yatağında əməliyyat xərcləri kəskin azalıb CƏDVƏL

2017-ci ilin ilk yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 230 milyon dollar əməliyyat məsrəfləri və 601 milyon dollar əsaslı məsrəflər xərclənib. “Yeniavaz.com” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2016-cı ilin ilk 2 rübü ilə müqayisədə bu ilin yanvar-iyun ayları ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 11,5% və ya 30 milyon dollar, əsaslı məsrəflər isə 27% və ya 227 milyon dollar azalıb. Son 6 ildə isə əməliyyat xərcləri 3 dəfə, əsaslı məsrəflər isə 4,2 dəfə azalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top