Tanınmış qapıçı karyerasını tamamladı, şou verilişi açacaq

"Barselona" və İspaniya yığmasının keçmiş qapıçısı Viktor Valdes idman karyerasını başa vurduğunu elan edib.

"Yeniavaz.com"un "Sports.ru" saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı qapıçı televiziyada şou xarakterli veriliş açacaq. O, verilişdə futbolçulardan müsahibə alacaq.

Qeyd edək ki, V. Valdes 2010-dünya və 2012-Avropa çempionudur. O, "Barselona" ilə altı dəfə ölkə çempionluğunu qazanıb və üç dəfə Çempionlar Liqasında qalib olub.

DİGƏR XƏBƏRLƏR

Top