.jpg)
Ukrayna şəhərlərində dünya proletariatının başçısı Vladimir Leninin heç bir abidəsi qalmayıb.
"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Milli Yaddaş İnstitutunun rəhbəri Vladimir Vyatroviç deyib. Onun sözlərinə görə, 2389 abidə sökülüb ki, bunun da 1320-si V. Leninə məxsusdur: "Bununla da Ukraynanın nəzarətində olan ərazilərdə Leninin heç bir abidəsi qalmayıb. Ola bilsin ki, hansısa kənd və müəssisədə Leninin abidəsi olsun. Onlar heç vaxt reyestrə daxil edilməyiblər, lakin aşkarlandıqca həmin abidələr də sökülə bilər". Qeyd edək ki, Ukraynada 2015-ci ilin mayından kommunizm ideologiyalarından imtina haqqında qanun qüvvədədir. Bu qanunun müddəalarından biri də sovet abidələrinin sökülməsini nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz