Filippinin paytaxtında bir gecədə narkotika alverinə görə 25 adam öldürülüb

Ötən gecə Filippinin paytaxtı Manilada 25 nəfər öldürülüb.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Filippin polisindən deyiblər. Polisin məlumatına əsasən, ötən gecə narkotika alverində şübhəli bilinən 14 nəfər və narkobiznesə cəlb olunmuş 11 qarətçi öldürülüb.

Qeyd edək ki, Filippində narkotik vasitələrə qarşı kütləvi mübarizə aparılır. Ölkə hakimiyyəti şübhəliləri məhkəməsiz və istintaq aparılmadan öldürməyə icazə verib, bu da ictimaiyyət və beynəlxalq birlik tərəfindən çoxsaylı ittihamlara səbəb olub.

Prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsindən bəri hakimiyyət nümayəndələri ilə toqquşmalarda 3000-dən çox adam öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top