Rəsədxana: 7 bal gücündən artıq zəlzələ olacaq

Bütün elm adamları qəbul edib ki, yaxın gələcəkdə Mərmərədə 7 bal gücündən artıq zəlzələ olacaq.

“Yeniavaz.com”un “Haber Türk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun müdiri professor doktor Haluk Özener deyib.

O bildirib: “Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, ancaq təəssüf ki, müasir texnologiyalarla zəlzələnin nə vaxt baş verəcəyini müəyyənləşdirmək imkanımız yoxdur”.

Bodrumda baş vermiş zəlzələyə toxunan H. Özener deyib ki, iyulun 21-dən bəri 8000 yeraltı təkan qeydə alınıb: “Bu bölgədə zəlzələ aktivliyi bir müddət davam edəcəyini proqnozlaşdırırıq”.

DİGƏR XƏBƏRLƏR

Top