Abonent mobil operatora qarşı milyardlıq iddia qaldırdı

Rusiyanın Tambov vilayətinin sakini Aleksey Melexov MTS mobil operatoruna qarşı silinmiş pulsuz dəqiqələrə görə iddia qaldırıb.

“Yeniavaz.com”un “Vedomosti” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə mobil operatorun hesabatında deyilir. MTS iddianı məhkəmə prosesləri kateqoriyasına aid edib.

Məhkəmə araşdırmasının nəticəsi şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə ciddi təsir edə bilər. İddia mobil operatorun abonentə 30 milyard rubl həcmində təzminat ödənməsini nəzərdə tutur. Xatırladaq ki, Federal Antiinhisar Xidməti iyulda ölkənin dörd ən böyük mobil operatoruna tariflərlə əlaqədar xəbərdarlıq göndərib.

DİGƏR XƏBƏRLƏR

Top