"Kontakt Home" mağazalarından mal almayın. Baxmayın verdikləri reklama, məqsədləri xidmət deyil, sırf pul qazanmaqdır". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas, professor Fərhad Mehdiyev bildirib. F. Mehdiyev fikirlərini belə əsaslandırıb: "1. 12 avqust 2017 tarixində "3-cü mikrorayon" dairəsində yerləşən "Kontakt Home" mağazasından 1350 manata nağd pulla LG markalı soyuducu aldım.
2. Soyuducu 14 avqust 2017-ci il tarixdə ünvana gətirilir. O saatda evdə yox idim. Soyuducunu gətirən Araz isimli şəxs soyuducunun böyük olduğuna görə mətbəxə girmədiyini, bunun üçün servis çağırıb qapının sökülüb sonradan quraşdıralacağını, servisdə bu xidmətin 40 manat olduğunu, özünün isə 20 manata edə biləcəyini qeyd edir. Razılaşıram.
3. Axşam evə gəldikdə, soyuducu qapısının bağlama mexanizmində qüsur aşkar edirəm. Soyuducunu heç qoşmuram.
4. Ertəsi gün, 15 avqustda, bunların texniki dəstək nömrəsinə zəng edirəm. Məsələyə pozitiv yanaşmadıqları üçün gedirəm aldığım mağazaya, müraciətimi alıb qeyd edirlər ki, ən geci sabah soyuducu dəyişdiriləcəkdir.
5. 15 və 16 avqustda texniki xidmətdən zəng gəlir ki, bu gün bəlkə gəlib baxdıq. Vaxt eləsək. 16 avqustda saat 14:00 ilə 16:00 arasında bunları gözlədiyim halda gəlmədilər, halbuki razılaşmışdıq.
6. Satılan mal daha sonra xarab olmadığı, xarab halda mənə gətirilib təhvil verildiyi nəzərə alınsa, bu İnzibati Xətalar Məcəllləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta təşkil edir.
7. Bu 3 gün ərzində keçirdiyim əsəb gərginliyinin mənəvi zərər olaraq dəyəri daha çoxdur. 17 avqust 2017 tarixində saat 11 radələrində onlarla telefonla əlaqə saxlayıb müdriyyətlə danışmağı tələb etsəm də, onlarla bağlamadılar, onun əvəzində xəttə gözlətdilər, sonra da dedilər ki texniki servis ilə əlaqə yarada bilməmişik, yarım saata əlaqə saxlayacayıq. Onlara açıq-açıq hansı addımları atacağımı bildirdim, məsələnin düzəldilməsi üçün hansı addımlar atacaqlarını soruşdum. Yəni məndən günah getdi. Bu səbəblə bu gün etibarı ilə rəsmi instansiyalara şikayət edirəm və məsələni də ictimailəşdirirəm ki, gələcəkdə siz də belə bir qeyri-peşəkarlığın qurbanı olmayasınız".