Meşədə yaşayan bu insanlar çox xoşbəxtdirlər - İnternetin də nə olduğunu bilmirlər - FOTOLAR

Bir qrup jurnalist yüzlərlə yerli qəbilənin yaşadığı Venesuela Braziliya sərhəddindəki Amazon meşələrinə səyahət edib. "Yeniavaz.com" saytı xarici KİV-ə istinadən xəbər verir ki, onlar burada yaşayan və müasir dünyamızla demək olar ki, əlaqəsi olmayan qəbilələrin yaşadıqları yerləri lentə alıb, yaşayış şəraitləri ilə tanış olublar. Bu qəbilələrin ən böyüyü olan Yanomamilər müasir dünyamızla əlaqəsi olmayan bir "kənddə" yaşayırlar.

Jurnalistlərlə söhbətdən belə aydın olur ki, burada qızlar və oğlanlar ailələrinin məsləhət gördüyü şəxslərlə ailə qururlar. Qadınlar və uşaqlar ev işləri görür, kişilər isə ovçuluq və balıqçılıqla məşğul olurlar. Qəbilənin yaşlıları isə uşaqların tərbiyəsi ilə məşğul olurlar. Beləcə, onlar adət-ənənələrini və bilgilərini gələcək nəsillərə aşılayır və ötürmüş olurlar. Ticarət anlayışının olmadığı bu qəbilələrdə uşağa qulluqdan tutmuş ovçuluğa qədər hər şey ortaq bir şəkildə həyata keçirilir. Ən böyük kamplarında 3 ailə olur. Beləcə şiddət və ayrıseçkiliyin olmadığı bu yaşayış məskənində digər tayfalarla da hər hansı düşmənçilik münasibəti yaşanmır. Venesuela və Braziliya sərhəddi boyunca yaşayan 14 minə yaxın əhalisi olan bu yerli xalq ölkə rəhbərliyindən, vergilərdən və yardımlardan xəbərsiz şəkildə öz xoşbəxt həyatlarını yaşayırlar.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top