Obama “Twitter”in tarixinə düşdü

ABŞ-ın Şarlotsvill şəhərində baş vermiş toqquşmalardan sonra Birləşmiş Ştatların keçmiş Prezidenti Barak Obamanın şərhi “Twitter” tarixində ən populyar olub.

“Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, B. Obama müğənni Ariana Qrandeni qabaqlaya bilib. Vurciniya ştatında toqquşmalardan sonra onun dərc etdiyi məlumatı 2,8 milyondan çox adam bəyənib. 1,15 milyon istifadəçi üç gün ərzində bu məlumatı digərləri ilə bölüşüb. B. Obama “Twitter” səhifəsində Nelson Mandeladan sitat gətirib: “Heç kəs dərisinin rənginə, mənşəyinə və ya dininə görə digər insana qarşı nifrətlə doğulmur. İnsanlar nifrət etməyi öyrənirlər və əgər onlar nifrət etməyi öyrənirlərsə, onları sevgiyə öyrətmək lazımdır, çünki sevgi insan ürəyinə daha da yaxındır”. “Twitter”də “laykların” sayına görə daha əvvəl lider A. Qrande olub. O, çıxış etdiyi Mançesterdə baş vermiş partlayışdan sonra bu məlumatı paylaşmışdı: “Sındırılmışam. Bütün qəlbimlə çox təəssüf edirəm. Mənim sözüm yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top