Azərbaycanda donuzlar ən çox hansı rayonlarda saxlanılır? SİYAHI

Bu ilin ilk yarısına olan məlumata görə, ölkədə 4 min 779 baş donuz mövcud olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 747 baş və ya 13,5% azalıb. Verilən məlumatda qeyd olunur ki, ümumilikdə ötən il Azərbaycanın 14 şəhər və rayonunda donuz saxlanılıb. Bu ilin ilk yarısında isə donuz saxlanılan rayon və şəhərlərin sayı 11-ə enib. Sumqayıt şəhəri ilə Goranboy və Laçın rayonlarında ötən il 198 donuz olduğu halda, bu il bu rayonlarda bir dənə də olsun donuz qalmayıb. Qeyd edək ki, ötən ilin ilk yarısına olan məlumata görə, Sumqayıtda 110, Goranboyda 76, Laçında isə 12 donuz olub. Digər 11 rayonun bəzilərində donuzların sayı artıb, bəzilərində isə azalıb. Ən ciddi azalma Bakı şəhərində qeydə alınıb. Bakıda donuzların sayı 6,5 dəfə azalaraq 422 başdan 65 başa düşüb. Ən yüksək artım isə Oğuzda müşahidə olunub. Oğuzda donuzların sayı son bir ildə 55,6% artaraq 18-dən 28-ə yüksəlib.

Donuzların sayına gəldikdə isə qeyd edək ki, ən çox donuzun olduğu rayon Qax rayonudur. Bu rayonda 2232 donuzun olduğu bildirilir. Ən az donuz isə Şabran rayonunda qeydə alınıb.

Digər şəhər və rayonlarda isə donuzların sayı belə olub:

DİGƏR XƏBƏRLƏR

Top