Çoban ifaçıya xaricdən bir soydaşımız 15 min göndərdi

Öz məlahətli səsi, ifaları ilə məşhurlaşan çoban ifaçı Pərvin Səfərova xaricdə yaşayan soydaşlarımızdan biri dəstək olub. Bu barədə "Yeniavaz.com" saytına Pərvin Səfərov özü məlumat verib. Qeyd edək ki, ifaçı sosial şəbəkədəki səhifəsində paylaşdığı videoları öz telefonları ilə çəkir. Lakin bir müddət öncə telefonu xarab olduğu üçün P. Səfərov çəkilişləri müvəqqəti dayandırmışdı.

Bunu nəzərə alan Rusiyada yaşayan soydaşlarımızdan biri ifaçıya yardım etmək qərarına gəlib. Pərvin Səfərov baş verənləri belə nəql edir: "Kənddə yonca sahəmizi suvaranda telefonum cibimdə idi. Ərazidə gəzərkən baxdım ki, telefon cibimdə yoxdur. Gəzdiyim yerləri axtararkən gördüm ki, suya düşüb. Götürəndə gördüm artıq sönüb. Nə qədər cəhd eləsəm də, açılmadı - xarab olmuşdu. Çox pis oldum, çünki ifa etdiyim videoları həmin telefonla çəkirdim. Evə gələndən sonra kompüteri açıb "facebook"da belə bir status yazdım: "Bu gün uğursuz bir gün idi, telefonum suya düşüb xarab oldu". Təsəlli kimi hərə bir fikir yazırdı - "eybi yoxdur", "yenisini alarsan" və s. Sonra izləyicim deyə biləcəyimiz bir nəfər - Vüqar Məmmədov ad-soyadlı qardaş Rusiyadan mənə yazdı. Soruşdu ki, telefonunun modeli nədir, qiyməti nə qədərdir? Yazdı ki, sənə telefon alıb göndərə bilərəm, amma mənim göndərməyim bir az gec olar, telefonsuz qalma, yeni videolar çəkib sosial şəbəkədə paylaş deyə təcili pul göndərirəm, öz istədiyin telefonu al. Çox sağ olsun, mən həmin qardaşı real həyatda tanımıram. İzləyici olaraq dəstək oldu, çox sağ olsun. 15 min rubl göndərdi, inşallah, yaxın günlərdə telefon alacağam".

Pərvin Səfərov son vaxtlar tez-tez toya çağırılması ilə bağlı saytlarda yazılan xəbərlərə də münasibət bildirdi: "Bəli, toylarla bağlı təkliflər gəlir. Amma hər təkliflə razılaşa bilmirəm. Çünki mən toy idarə etmək qabiliyyətində deyiləm hələki. Bildiyim mahnılardan, repertuarlardan oxuya biləcəyimi deyirəm. Toy təklifləri getdikcə artmağa başlayır. Çoxlarında istək var. Mən də bacardığımı etməyə, toylarda dinləyiciləri feyziyab etməyə çalışıram. Toya dəvət gələn istənilən yerə getməyə hazıram. Əgər bir insan mənim ifamı, səsimi bəyənirsə, el şənliyində görmək istəyirsə, lap dünyanın axırı da olsa, gedərəm".

Nicat

Pervin ifa

DİGƏR XƏBƏRLƏR

Top