Yaşayış üçün dünyanın ən yaxşı və ən pis şəhəri

Dünyada yaşayış üçün ən yaxşı şəhər Avstraliynın Melburn şəhəri seçilib.“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Economist Intelligence Unit” jurnalının illik “Global Liveability Report” hesabatında deyilir. Siyahıda ikinci yeri Avstriyanın paytaxtı Vyana tutur. Üçüncü-beşinci yerləri Kanadanın şəhərləri bölüşürlər - müvafiq olaraq Vankuver, Toronto və Kalqari. Ən yaxşıların sırasında Avstraliyanın Adelaida və Pert, Yeni Zelandiyanın Oklend və Finlandiyanın paytaxtı Helsinki şəhəri də var. İlk onluğu isə Almaniyanın Hamburq şəhəri tamamlayır. 2017-ci ildə dünya üzrə yaşayış üçün ən pis şəhər isə Suriyanın paytaxtı Dəməşq seçilib. Suriyada silahlı münaqişə 2011-ci ilin martından bəri davam edir. BMT-nin məlumatına görə, bu müddət ərzində 220 mindən çox insane həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top