“Turan” agentliyində axtarışlar gedir

Bu gün səhər saatlarından etibarən Vergilər Nazirliyinin vergi cinayətlərinin ibditai istintaqı Departamentinin əməkdaşları “Turan” informasiya agentliyinin ofisində axtarışlara başlayıblar.

Ofisə daxil olan vergi əməkdaşları agentliyin bütün mühasibat sənədlərini tələb ediblər. Vəkil Fuad Ağayev özünün “Facebook” səhifəsində “Turan” agentliyində “hərtərəfli yoxlama getdiyini” bildirib.

Xəbər verildiyi kimi Vergilər Nazirliyi “Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb. “Turan” vergidən yayınma ittihamını qəbul etmir.modern.az

DİGƏR XƏBƏRLƏR

Top