"Valvitalia S.P.A” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. Vergilər Nazirliyi xəbər verir ki, şirkət Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi. Qeyd olunur ki, kreditorlar və maraqlı şəxslər tələblərini 2 ay ərzində AZ1009 Bakı, Bəşir Səfəroğlu küçəsi 133, Sat Plaza Biznes Mərkəzi 7-ci mərtəbə ünvanına bildirə bilərlər.Oxu.az