Telman İsmayılovun hotelində nömrələrin bronlaşdırılması dayandırıldı

Antalyada Telman İsmayılova məxsus "Mardan Palace Hotel"də nömrələrin bronlaşdırılması dayandırılıb. "Yeniavaz.com"un "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, müştərilər nömrə bronlaşdırmaq istəyərkən "təsisimiz bağlıdır, buna görə bronlaşdırma sifarişlərini qəbul etmirik" bildirişi ilə qarşılaşırlar. Otelin baş direktoru Səlcuq Şəntəpənin sözlərinə görə, bronlama qəbulu bir həftə müddətinə dayandırılıb. O qeyd edib ki, müəyyən maliyyə sıxıntıları olsa da otel bağlanmayıb və fəaliyyətini davam etdirir: "Otel açıqdır və açıq qalacaq. Çünki biz turizm tarixinin ən yaxşı otellərindən biriyik. Sıxıntılarımız müvəqqətidir. Heç bir zaman oteli bağlamağı düşünmürük. Oteldə çalışan 670 personalımız var və içəridə müştərilər mövcuddur". Qeyd edək ki, dünyanın ən dəbdəbəli oteli seçilən "Mardan Palace Hotel" 2009-cu ildə 1,4 milyard dollara başa gəlib. Otelin sahəsi 180 min kvadratmetrdir. Onun inşasında 500 min kristaldan və 10 min kvadratmetr qızıldan istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top