Vahid Ələkbərovun şirkəti Rusiyada ən böyük üçüncü vergi ödəyicisidir

2016-cı ildə Rusiyanın vergi gəlirlərinin yarısını 50 ən iri şirkət təmin edib. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, 50 şirkət Rusiya büdcəsinə 5,3 trilyon rubl (daxilolmaların 46,9 faizi) , qalan şirkətlər isə 6 trilyon rubl (53,1 faiz) ödəyib. Ən çox ödəniş yanacaq-energetika kompleksinin payına düşüb. Bu kompleksin yeddi şirkəti ən iri 10 vergi ödəyicisi sırasına daxildir. Birinci yeri "Rosneft" tutub. O, 1,36 trilyon rubl vergi ödəyib. İkinci yerdə 1,17 trilyon rublla "Qazprom" şirkəti qərarlaşıb. "Lukoyl" isə 565 milyard rublla siyahının üçüncüdür.

DİGƏR XƏBƏRLƏR

Top