.jpg)
“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyunu start götürüb. Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matç həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır. Qitənin ən nüfuzlu klub turnirində “pley-off”a vəsiqə qazanmaqla ilkə imza atan “köhlən atlar” indi də qrupa düşməyi hədəfləyiblər. Bunun üçün də Bakıda keçiriləcək ilk matçda müsbət nəticə əldə etmək vacibdir.
Çempionlar Liqası
“Pley-off” mərhələsi, ilk oyun
15 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Paolo Taqliavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Tətbiqimizi yükləyə bilərsiniz