Komissiya üzvü: "Əfv fərmanı Prezidentin müstəsna səlahiyyətidir"

Qurban bayramı münasibətilə ölkədə əfv fərmanının imzalanacağı xəbəri gündəm mövzusuna çevrilib. Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məsələ ilə bağlı Modern.az saytına açıqlaçasında bunları deyib. “Bizim komissiya daim fəaliyyətdə olan orqandır. Prezidentimiz humanizm prinsiplərini əsas götürərək, mütəmadi olaraq bu cür aktlar imzalayır. Onu deyə bilərəm ki, əfv məsələsi ölkə başçısının müstəsna səlahiyyətidir. Komissiyanın üzvləri isə Komissiyanın üzvlərinin işi isə ayrı-ayrı şəxslər üzrə rəylərin hazırlanması barədə qərarın qəbul edilməsi ilə bitir. Deyim ki, müzakirələr davam edir”.

Siyasi məhbuslar məsələsinə gəlincə deputat bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur. “Azərbaycanda siyasi baxışlarına görə kimsə həbs edilmir. . Vaxtilə müxtəlif partiya və təşkilatların üzvləri olmuş, lakin sonradan konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var. Onların heç biri siyasi baxışlarına görə mühakimə edilməyib”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top