Bu ilin payızında “Böyük-7”liyin DİN başçılarının görüşü olacaq

Bu ilin payızında İtaliyada “Böyük-7”liyə (“G7”) daxil olan dövlətlərin daxili işlər nazirlərinin təhlükəsizlik məsələlərinə həsr edilən görüşü olacaq. “Associated Press” xəbər verir ki, bunu İtaliyanın daxili işlər naziri Marko Minniti avqustun 15-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, tədvir “G7”dəki tərəfdarların - ABŞ, Almaniya, Britaniya, Fransa, Kanada və Yaponiya istəyi əsasında təşkil edilir. Məlumata görə, “Böyük 7”liyin zirvə toplantısının isə bu ilin oktyabrında keçiriləcəyi ehtimal olunur. Qeyd edək ki, bu ilin mayında İtaliyada keçirilən sammitdə dövlət başçıları terrora qarşı mübarizəyə dair qətnamə imzalayıblar.Report

DİGƏR XƏBƏRLƏR

Top